İsrailin Qəzza ilə bağlı planı ortaya çıxdı

İsrailin Qəzza ilə bağlı planı ortaya çıxdı
 

Quru əməliyyatı başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağında qoşun saxlasmayacaq, sərhədə yaxın bufer zonası yaradacaq.

Bu barədə İsrail rəsmilərindən biri “Tayms of İsrail”ə açıqlamasında deyib.

“Hərbi rəhbərlik HƏMAS-ın onun yaxınlığına hərbi qüvvə toplamasının və İsrailə yenidən hücumunun qarşısını almaq üçün Qəzza ilə sərhəddə müəyyən edilmiş təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir. Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Qəzza zolağından sərhədə bitişik ərazidə qalmağı planlaşdırmırıq”, - rəsmi bildirib.

 

0.026297092437744