Koreya yarımadasında Pxenyanla Seul arasında müharibə an məsələsidir - KİV

Koreya yarımadasında Pxenyanla Seul arasında müharibə an məsələsidir - KİV
 

Koreya yarımadasında müharibə Pxenyanla Seulun hərbi gərginliyin azaldılmasına dair razılaşmaya əməl etməyi dayandırdıqdan sonra zaman məsələsinə çevrilib.

Bu haqda Şimali Koreya Mərkəzi Teleqraf Agentliyində yayımlanan məqalədə qeyd olunub.

“Cənubi Koreyanın hazırkı rəhbərliyi daxili siyasi səbəblərdən Şimali Koreyaya qarşı düşmənçilik siyasəti yürüdür və təsadüfi toqquşmaların qarşısının alınması mexanizmi rolunu oynayan sazişdən imtina etmək üçün bəhanə gözləyirdi. Bu da noyabrın 21-də Pxenyanın kəşfiyyat peykinin buraxılışına gətirib çıxardı. İki ölkə sərhədinə böyük qüvvələr cəmləşib. Hazırda bufer zonalar tamamilə ləğv edilib. Koreya yarımadasında fiziki qarşıdurma və müharibə ehtimal yox, zaman məsələsinə çevrilib”, - məqalədə qeyd olunub.(Axar.az)

 

0.019714832305908