Rusiya Poroşenko ilə separat danışıqlar aparır... - SENSASİYA

Rusiya Poroşenko ilə separat danışıqlar aparır... - SENSASİYA
 

Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) beşinci prezident Petro Poroşenkonun Macarıstanın rusiyayönlü baş naziri Viktor Orbanla görüş planlaşdırdığı barədə məlumat daxil olub.

Bu barədə yerli UTX tərəfindən məlumat yayılıb.

Bundan sonra Ali Radanın rəhbərliyi Poroşenkonun xaricə getməsinə icazə verməyib. Ali Rada sədrinin birinci müavini Aleksandr Kornienko məzmununu açıqlaya bilməyəcəyi “Rəsmi istifadə üçün” yazılmış məktub aldıqdan sonra Poroşenkonun beynəlxalq işgüzar səfərini ləğv etdiyini söyləyib.

Poroşenko sərhədçilərin onun xaricə, Polşaya və ABŞ-a ezamiyyətə getməsinə icazə vermədiyini deyib, bunu “anti-Ukrayna təxribatı” adlandırıb.

 

0.074225902557373