Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlayıb

Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlayıb
 

Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilir.

"Paralel.az" xəbər verir ki, dekabrın 4-dək davam edəcək mədəniyyət günlərinin maraqlı proqramı var.

Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti keçirilib.

Dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək.

Dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq. Həmin gün Heydər Əliyev Mərkəzində dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.

 

0.025125026702881