Trampın toxunulmazlığı ləğv edildi

Trampın toxunulmazlığı ləğv edildi
 

Vaşinqton Apellyasiya Məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampı müttəhim olduğu Kapitoliyə hücum işində toxunulmazlıq hüququndan məhrum edib.

İqtisadiyyat.az xəbər verir ki, Tramp və onun müdafiə komandası iddia edirlər ki, o, ölkənin lideri olduğu üçün Kapitoli iğtişaşları zamanı prezident toxunulmazlığına malik idi. Amma ittiham tərəfinin iddiası təkid edir ki, Trampın hərəkətləri onun prezident səlahiyyətləri çərçivəsində deyil, ona görə də toxunulmazlıq tətbiq edilməməlidir.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Donald Trampın tərəfdarları Kapitoliyə hücum edərək Konqresin işini bir neçə saatlıq dayandırıblar.

0.031332969665527