Zekenski istefadan danışdı: “Bu, çox ədalətsiz və səhv olardı”

Zekenski istefadan danışdı: “Bu, çox ədalətsiz və səhv olardı”
 

Konstitusiyasına əsasən müharibə Ukraynada 2024-cü ilin martına təyin edilmiş prezident seçkilərini qeyri-mümkün edir.

Bunu prezident Volodimir Zelenski müsahibəsində deyib.

O, Ukraynada müharibə bitməmiş prezident postunu tərk edəcəyini heç cür təsəvvür edə bilmir: "Mən bunu təsəvvür belə edə bilmirəm. Bu, çox ədalətsiz və səhv olardı”. 

Zelenski onu da deyib ki, seçki keçirməyə hazırdır, lakin ukraynalıların əksəriyyəti buna qarşıdır: “Çünki ölkədə müharibənin getdiyi bir vaxtda belə bir səsverməni təhlükəli və mənasız hesab edirlər”.

 

 

0.016051769256592