Məktəbliydim onda… -Ana
Anama yazdığım ilk şeir. Məktəbliydim onda… Nə anam bizə, nə mən ona tez-tez sarılardım. Amma şeirlər yazmışam.
Ana
Ana ürəklərin sönməz ocağı,
Bəşəri qızdırır yanar odunda.
Ən isti yuvadır ana qucağı,
Dünya təzələnir ana adında.
Anadır ən böyük, ən ülvi nemət,
Övladlar ananın arzu, diləyi.
Ana məhəbbəti ülvi məhəbbət
Dünyanın evidir ana ürəyi.
Kamalə Abiyeva
"Paralel.az"