Qaldırılan məsələlərə vəsait ayrılacaq - Nazir

Qaldırılan məsələlərə vəsait ayrılacaq - Nazir
 

2024-cü il büdcə zərfində inzibati təsnifata uyğun olaraq bir sıra dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

"Paralel.az" xəbər verir ki, bunu nazir Samir Şərifov parlamentdə büdcə müzakirələrinin müzakirəsi zamanı deyib.12

Nazir bildirib ki, bunlar deputatlar tərəfindən qaldırılan məsələlərə bağlıdır: “Bu, əsasən təhsil sahəsindəki problemlərlə bağlı məsələlərə aiddir. Ali təhsil və məktəbəqədər ümumi təhsil üzrə dövlət agentliklərinə vəsait yönəldiləcək. Bu xərclər Elm və Təhsil Nazirliyinin aparatının saxlanması xərclərinin 15 milyon manat azaldılması hesabına ayrılacaq. Aparatın xərcləri azaldılacaq və nazirliyin tabeliyində olan agentliyə bu vəsait yönəldiləcək. Müvafiq olaraq büdcədə ehtiyat kimi yaradılmış vəsait hesabına bunu tənzimləyə bilirik”.

Nazir eyni zamanda bildirib ki, Dövlət Su Agentliyinin və Suların İstifadəsinə Nəzarət Xidmətinin aparatının saxlanması üçün tələb olunan 5,9 və 3,6 milyon vəsait də təmin ediləcək. Bunlar da əlavə xərcə getmədən ehtiyat kimi yaradılmış vəsait hesabına təmin ediləcək. 
Nazir onu da əlavə edib ki, Dövlət Su Agentliyinin əsasnaməsinə uyğun olaraq elmi-tədqiqat institutu üçün elmi işlərin aparılması üçün 7,3 milyon vəsaitin ayrılması  nəzərdə tutulur.

 

0.017322063446045