Neftin qiyməti aşağı düşdü

Neftin qiyməti aşağı düşdü
 

OPEC+ üzvü olan ölkələrin yanacaq hasilatını azaltmaq barədə razılığa gəlməsi ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra "Brent" markalı neftin qiyməti kəskin ucuzlaşıb.

London ICE birjası xəbər verir ki, kotirovkalar iki faizdən çox dəyər itirərək ən aşağı nöqtədə bir barel üçün 82,59 dollara düşüb.

Eyni zamanda, WTI markalı neft dərhal 3,38 faiz ucuzlaşaraq bir barel üçün 75,23 dollar olub. Yazı hazırlanarkən "Brent" 82,8 dollara, WTI isə 76,5 dollara satılıb.

Təşkilatın iclasından əvvəl qiymətlər, əksinə, bir barel üçün 84,7 dollara qədər yüksəlib.

"Reuters" mənbələri daha sonra alyans üzvlərinin gələn ilin əvvəlində gündəlik demək olar ki, iki milyon barel məcmu hasilatın azaldılması barədə razılığa gəldiyini bildirib. "Brent" bu xəbərə kəskin enişlə reaksiya verib.(Publika.az )

 

0.078000068664551