Ermənistanın iddialarını himayə edənlərin həyasızlığı...

Ermənistanın iddialarını himayə edənlərin həyasızlığı...
 

Tapdıq Abbas  

Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü...

Birliyi "xristian klubu" da adlandırmaq olar

Ən azı dörd dəfə Azərbaycandan kiçik, zəif olan Ermənistanın Rusiyanın hərtərəfli köməyilə Azərbaycan ərazilərini işğalı edib, yerlə yeksan etməsi inkaredilməz reallıqdır...

Nəhayət, 2020-ci ildə səbrlə gözlədiyimiz gün gəldi, zaman yetişdi, 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmən Ermənistan 44 gün ərzində darmadağın edildi və torpağımızdan qovuldu...

Vətən müharibəsindən 3 il keçdi, amma himayədarları tərəfindən qızışdırılan Ermənistan ölkəmizə qarşı çürük iddialardan, boş xülyalardan əl çəkmədi. Rusiyanın himayəsi ilə Qarabağda sözün əsl mənasında "at oynatdı"! Çoxdan gözlədiyimiz birgünlük antiterror əməliyyatı ilə Qəhrəman Ordumuz Xankəndi və digər ərazimizi azad etdi, ölkəmizin ərazi bütövlüyü və süverenliyini bərpa edildi!
Amma bu, dünya supergüclərini yasa boğdu, onları qəzəbləndirdi.

ABŞ və Fransanın ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarş düşmən mövqe sərgiləməsi xalqımızı və dostlarımızı pərişan etdi. Hamı fikirləşdi ki, görəsən nə olub, nə baş verib ki, ABŞ, Fransa, Aİ və Rusiya işğalçı Ermənistanı bu qədər niyə himayə edir?!..

Ağlı başında olan hər kəs fərqinə vardi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 30 il zəbt etdi, onminlərlə insanı qətlə yetirdi, amma bu, super dövlətlərin heç vecinə də deyildi, indi Azərbaycanın öz ərazilərini işğaldan azad edib, suverenliyini bərpa etməsi bu dövlətlər əfi ilan kimi Azərbaycanın üstünə niyə düşüblər?!...

Baxın, Azərbaycanın düşmən siyahısına başçılıq edən Rusiya Qarabağdan heç vaxt çıxmayacağını bəyan edir, ABŞ Konqresi Azərbaycanı cəzalandırmaq üçün dinləmələr keçirir, bədnam 907-ci düzəlişi dirildir, Fransa Ermənistana silah göndərir, bir sözlə, aləm qarışıb, məəssəb itib...

Putinin mətbuat xidmətinin rəhbəri Peskovun son zamanlar səsləndirdiyi ifadələr, XİN rəhbəri Lovrovun (Kələntəryan) BMT-də təqdim etdiyi qəbuledilməz sülh sazişi layihəsi və digər yüksək vəzifəli şəxslərin Azərbaycan barədə iddiaları, bunların hamısı ölkəmizin müstəqilliyinə yönəlmiş qəsddir!..

Rusiya, ABŞ, Fransa və Avropa İttifaqı Ermənistanın vəkili kimi danışır. Hamısı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından bəhs edir, amma sülh sazişinin imzalanmasının qarşısına keçilməz sədd çəkirlər. Sülh danışıqların əsas mövzusu isə, guya Qarabağ bölgəsində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasıdır. Aydın görünür ki, ABŞ, Fransa, Aİ və Rusiyanın bir ovuc erməniyə Azərbaycandan status tələb etəməsi oyundan başqa bir şey deyil...

Rusiya, ABŞ, Fransa və Avropa İttifaqının rəhbərləri elə danışırlar ki, sanki Azərbaycan müstəqil dövlət yox, bunların nəzarətində olan sahibsiz ərazidir. Bu dövlətlər özlərini Ermənistanın vəkili kimi apardıqlarına görə, Azərbaycan çox haqlı olaraq onların vasitəçilik missiyasını qəbul etmir. Çünki ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk Qrupunun tərkibində 30 illik uğursuz vasitəçilik missiyası acı təcrübə kimi ortadadır.

Rusiyanın israrlı təkidilə 44 günlük Vətən müharibəsinin dayandırılması, 09-10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi Rusiya sülhməramlı hərbi kontingenti tərəfindən 3 il təmin edilmədi...

Azərbaycan düz 3 il Rusiya sülhməramlılarının və Ermənistan dığalarının bütün şıltaqlığına səbrlə dözdü, həm Rusiya sülhməramlılarını, həm də Ermənistan rəhbərliyini dəfələrlə xəbərdar etdi. Lakin hər iki tərəf bu xəbərdarlıqdan düz nəticə çıxarmadı...

Nəhayət, bu il sentyabrın 19-20-də 23 saat 45 dəqiqə ərzində Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatı keçirdi, ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi...

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Qərbi, xüsusən ABŞ və Fransanı qəzəbləndirdi. Əvvəlcə Fransa, ardınca ABŞ Azərbaycan üzərinə basqını gücləndirdi. Hətta ABŞ Ermənistanda ordusu ilə hərbi təlim keçdi, Fransa isə Ermənistanı silahlandırmağa start verdi. Fransa BMT-də Azərbaycan əleyhinə bir neçə layihə çıxarsa da, arzu etdiyi nəticəni əldə edə bilmədi...

ABŞ Konqresi ard-arda Azərbaycan barədə dinləmələr keçirdi və Senat “2023-cü il Ermənistanı Müdafiə Aktı”nı qəbul etdi...

Azərbaycana diş qıcayıb, qəzəb nümayiş etdirənlər Ermənistanın insanlığa sığmayan hərəkətlərini unutdular, xüsusən qəddarlıqla, amansızlıqla, vəhşiliklə törətdiyi Xocalı soyqırımı kimi əsrin faciəsinə biganəlik nümayiş etdirdilər, bu cür vandalizmə 30 il etiraz səslərini belə, çıxarmadılar. Dünya super güclərinin (ABŞ, Fransa, Aİ vı Rusiya) işğalçı Ermənistanın tərəfini tutmasını Azərbaycana qarşı haqsızlıq saydı!..

Azərbaycan ordusu 3 il öncə 44 günlük Vətən müharibəsidə, bu il isə, Qarabağda keçirdiyi birgünlük antiterror əməliyyatı ilə Ermənistan işğalçı hərbi qüvvələrini darmadağın etdi, onları ərazisindən çıxardı, ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Bu hadisələrdən sonra super güclərin Azərbaycana qarşı düşmənçilik etməsi BMT Nizamnaməsinə, beynəlxalq hüquqa açıq tüpürməkdən başqa ayrı şey deyil!..

 

0.02183198928833