Litva hərbi yolsuzluq avtomobillərinin ilk partiyasını qəbul edib

Litva hərbi yolsuzluq avtomobillərinin ilk partiyasını qəbul edib
 

Litvanın 32 milyon avro dəyərindəki müqavilə əsasında aldığı hərbi yolsuzluq, bütün relyef şəraitlərində hərəkət edə bilən avtomobillərinin ilk partiyası bu ölkəyə gəlib.

Bu barədə Baltikyanı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordumuzun avtomobil parkı yeni zəruri texnika ilə zənginləşib. Alınan bütün relyef şəraitindən hərəkət edən maşınlar həm dinc dövrdə, həm də düşmənin arxasına sızma əməliyyatları üçün tapşırıqların yerinə yetirilməsində əvəzsiz texnikadır”, - Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib.

Litva “Mercedes-Benz G350” markalı bütün relyef avtomobilləri alır. Müqavilənin məbləği təxminən 32 milyon avrodur. Sayı dəqiq göstərilməyən avtomobillərin qalan hissəsinin 2024-cü ildə Litvaya çatdırılacağı gözlənilir.(Report)

 

0.017604112625122