Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!”

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!”
 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Zəngəzur boyunca və əsasən də sərhəd kəndləri sürətlə boşalır” adlı veriliş efirə gedib.

"Report" xəbər verir ki, verilişdə Zəngəzur boyunca və əsasən Ermənistanın Azərbaycanla sərhəd kəndlərin sürətlə boşalmasından, rəsmi İrəvanın Qarabağdan köçən erməniləri Zəngəzur boyunca yerləşdirmək istəyindən, ağır iqtisadi və sosial vəziyyətə görə gələn ermənilərin daha çox xarici ölkələrə üz tutmasından bəhs olunur.

Bildirilir ki, müharibədən istifadə edib sərhəddə Azərbaycan kəndlərinin torpaqlarını istifadə edən ermənilər indi bu əraziləri tərk edirlər:

“Əslində bu ərazilər 1991-ci ilə qədər Azərbaycanın olub və buna siyasi don geyindirməklə ermənilər iqtisadi böhranın mahiyyətini gizlətməyə c

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Zəngəzur boyunca və əsasən də sərhəd kəndləri sürətlə boşalır” adlı veriliş efirə gedib.

"Report" xəbər verir ki, verilişdə Zəngəzur boyunca və əsasən Ermənistanın Azərbaycanla sərhəd kəndlərin sürətlə boşalmasından, rəsmi İrəvanın Qarabağdan köçən erməniləri Zəngəzur boyunca yerləşdirmək istəyindən, ağır iqtisadi və sosial vəziyyətə görə gələn ermənilərin daha çox xarici ölkələrə üz tutmasından bəhs olunur.

Bildirilir ki, müharibədən istifadə edib sərhəddə Azərbaycan kəndlərinin torpaqlarını istifadə edən ermənilər indi bu əraziləri tərk edirlər:

“Əslində bu ərazilər 1991-ci ilə qədər Azərbaycanın olub və buna siyasi don geyindirməklə ermənilər iqtisadi böhranın mahiyyətini gizlətməyə cəhd edirlər”.

Verilişdə Qafanın Çakaten kəndinin sakinləri ağır həyatları, sosial vəziyyətlərinin çətinliyini erməni jurnalistinin reportajında dilə gətirilir. Onların sözlərinə görə, gənclər kəndi çoxdan tərk ediblər, köçün səbəbi işsizlikdir, burada ancaq yaşlı insanlar qalıblar.

Qeyd olunur ki, Ermənistanda ciddi müzakirə olunan mövzu Azərbaycan anklavlarının qaytarılmasıdır. Söhbət Qazax rayonunun Yeddi kəndi və Naxçıvan Kərki kəndindən gedir. Kərki Şimaldan Cənuba doğru uzanan əsas magistral yolunun üstündə yerləşdiyi üçün böyük strateji əhəmiyyət kəsb edir.

Son vaxtlar 2020-ci ildə köçmüş Qarabağ ermənilərini bu kəndə yerləşdiriblər. Halbuki bütün dövrlərdə bu kəndlərdə azərbaycanlılar yaşayıblar. 1991-ci ildən səkkiz kəndi işğal edən Ermənistan buraya erməniləri yerləşdirib. Müzakirələrin qızışdığı bir vaxtda erməni jurnalistlər Kərki kəndində vaxtaşırı olub, sakinlərin bu kəndin Azərbaycana qaytarılması məsələsinə münasibət öyrənirlər.

Ermənilər Kərki kəndinin adını dəyişib Tiqranaşen qoymaqla kəndi qaytarmaq istəmədiklərini bildirirlər:

“Adamlar 30 ildir bu kənddə yaşayırlar. Biz özümüzə hər cür şərait yaratmışıq, hara gedək?! İndi hakimiyyət bu balaca kəndi saxlaya bilmirsə, İrəvanı necə saxlayacaq?! Tamamilə məyus olmuşuq. Ailəm ilə birlikdə kimsəsiz adaya köçməyi arzu edirəm. Bizim hakimiyyət Qarabağı təhvil verdi. Mən də Qarabağdanam. Hamımız "bomj" statusuna düşmüşük. Ölkədəki vəziyyət dəhşətlidir, siz hansı sülhdən danışırsınız?! Bu reallıqda yaşamaqdansa, ölmək yaxşıdır. Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə! Hamımız Ermənistanı tərk edəcəyik”.

Sonda vurğulanır ki, onilliklər boyunca yalan vədlər verən, düşmənçilik hissi ilə yaşayan ermənilərə baxmayaraq, sülh istəyənlərin də sayı az deyil:

“Anklavların qaytarılması ilə bərabər Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı məsələsini erməni ictimaiyyətinin qəbul edəcəyi gerçəklikdir. Əks halda regionda tam sülh və dinc yaşama cəhdləri bəhrə verməyəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

0.015989065170288