Polşa Ukrayna arasında sərhədi bağlayıb

Polşa Ukrayna arasında sərhədi bağlayıb
 

Noyabrın 6-dan etibarən polşalı yük avtomobil (TIR) sürücüləri Polşa ilə Ukrayna sarasında 4 sərhəd keçid məntəqəsini bağlayaraq yük daşımalara imkan vermirlər.

Paralel.az Ukrayna mediasına istinadən xəbər verir ki, əgər etirazadək sərhəddən gündə 1200-1300 avtomobil keçirdisə, hazırda ən böyük keçid məntəqəsi gündə 120-130 avtomobilin keçməsinə icazə verilir.

Nəticədə hər iki tərəfdə xeyli yük avtomobili sərhəddən keçmək üçün növbə gözləyir. 

Yaranmış vəziyyətlə bağlı Polşanın infrastruktur naziri Anjey Adamçik baş nazirin müavini Aleksandr Kubrakova məktub göndərərək Ukraynanı polşalı etirazçıların tələblərini yerinə yetirməyə çağırıb.

Avropa Biznes Assosiasiyasının hesablamalarına görə, orta hesabla, Polşa-Ukrayna nəzarət-buraxılış məntəqələrində tətil nəticəsində birgünlük fasilə bir Ukrayna şirkətinə təxminən 1 milyon qriven zərər vurur. İşəgötürənlər Federasiyasının hesablamalarına görə, hazırda iqtisadiyyat sərhəd blokadasından 400 milyon avrodan çox itkiyə məruz qalıb.

 

 

0.014523029327393