"Sabah"la görüşdəki səhvlər Molde" ilə oyunda bizə çox fayda verəcək. - Qurbanov

 

Bu matçda etdiyimiz səhvlər inanıram ki, "Molde" ilə oyunöncəsi bizə çox fayda verəcək.

Paralel.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"a səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

"Molde" evdə oynayacaq, mütləq qalib gəlməlidirlər. Ola bilsin ki, çox pressinq etdilər. Bunlara hazır olmalıyıq. Amma ümumən mənim üçün vacib olan futbolçularımın əvvəlki formasını geri qaytarmasıdır. Bugünkü görüşün faydası çox oldu. Futbolçular da gördü ki, öz idman formalarından uzaqlaşıblar. Biz də çatışmazlıqlarımızı gördük. Futbolçularla danışılası, məşq prosesində diqqət ayırası çox elementlər oldu".

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

0.0418860912323