İranda silahlı şəxs polisi atəşə tutub: Yaralananlar var

İranda silahlı şəxs polisi atəşə tutub: Yaralananlar var
 

İranın cənubunda yerləşən Şiraz şəhərində sürücü hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

Məlumata görə, polis şübhəli avtomobil sürücüsünə nəqliyyat vasitəsini saxlamağı əmr edib. Buna cavab olaraq o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

Hücum edən şəxs atışma zamanı ağır yaralanıb və vəziyyəti ağırdır. Hadisə nəticəsində daha bir nəfər xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

 

0.01960015296936