Tələbə qız 20 bıçaq zərbəsi ilə qətlə yetirildi, ölkə ayağa qalxdı

Tələbə qız 20 bıçaq zərbəsi ilə qətlə yetirildi, ölkə ayağa qalxdı
 

Romada 22 yaşlı tələbə Julia Çeketinin qətlindən sonra 500 mindən çox insan etiraz aksiyası keçirib.

Lent.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Yürüşün təşkilatçısı “Not One Less” feminist hərəkatı olub. Yürüş Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü şərəfinə təşkil olunub.

 Romada etirazçılar bir polis kordonunun müşayiəti ilə yürüş ediblər. Etiraz təşkilatçıları bu rəqəmin 500 min etirazçı olduğunu bildiriblər. 
Padua Universitetinin mühəndislik fakültəsinin tələbəsi Culya Çeketi sevgilisi Filippo Turettin qurbanı olub. Onun 2023-cü ilin noyabr ayının əvvəlində məzun olması planlaşdırılırdı. İstintaqın məlumatına görə, qız boyun və başından ən azı 20 bıçaq zərbəsi alıb.

Hadisədən sonra Turet hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənib və Almaniya polisi tərəfindən aşkar edilərək həbs edilib. Almaniya hakimiyyəti onu İtaliyaya ekstradisiya etmək niyyətindədir.

0.015733003616333