Avropadan Moldova və Gürcüstanla bağlı mühüm qərar

Avropadan Moldova və Gürcüstanla bağlı mühüm qərar
 

Avropa İttifaqı Moldova və Gürcüstanı Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan qismən qəbul etmək imkanını nəzərdən keçirə bilər. 

"Paralel.az" xəbər verir ki. bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

“Gürcüstan və Moldovanın Avropa ilə bağlı gələcəyi münaqişələrin girovuna çevrilə bilməz. Bu, Aİ-nin ən yüksək səviyyəsində təsdiqlənib”, - deyə cənab Stano “izvestiya”ya bildirib. O, Avropa İttifaqının bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.

Noyabrın 8-də Avropa Komissiyası Moldova və Ukrayna üçün Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə edib. Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi tövsiyə olunur. Gürcüstan və Moldova 2022-ci ilin martında Aİ-yə üzv olmaq üçün ərizə verib. 

 

 

0.011950016021729