Britaniyada parlament seçkilərinin keçirilməsinin mümkün tarixləri açıqlanıb

Britaniyada parlament seçkilərinin keçirilməsinin mümkün tarixləri açıqlanıb
 

Böyük Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) ümumi seçkilər 2024-cü ilin yazında keçirilə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti krallığın hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

İndi Böyük Britaniya Maliyyə Nazirliyinin yüksək vəzifəli rəsmiləri büdcə zərfini əksər hallarda olduğu kimi martda deyil, fevralda təqdim edilməsi imkanlarını müzakirə edirlər.

Nəşr hesab edir ki, belə planlar yazda keçiriləcək parlament seçkilərinə hazırlığın göstəricisidir. Qeyd edək ki, səsvermə 2025-ci ilin yanvarından gec olmayaraq keçirilməlidir.

Əksər rəy sorğularına görə, qarşıdan gələn seçkilərdə müxalifətdə olan Leyboristlər Partiyası favorit hesab olunur. Orta hesabla respondentlərin təxminən 45%-i leyboristlərə, 24%-i isə 13 ildir hakimiyyətdə olan Mühafizəkarlar Partiyasına səs verməyə hazırdır.

0.022803068161011