"Gələcəyin Təhsili" adlı İV Beynəlxalq Elmi Konfransda... - İlham Əhmədov 

 

Noyabrın 16-21 aralığında RF Qroznıy şəhərində elmi ezamiyyədə olduq. Qroznıy Dövlət Neft Texniki Universitetində "Gələcəyin Təhsili" adlı İV Beynəlxalq Elmi Konfransa dəvət almışdım. Bizi konfransın təşkilat komitəsinin üzvü təyin etmiş və plenar məruzəçi kimi proqrama salmışdılar. Təbii ki, ezamiyyə xərclərini də təşkiltçılar ödəməklə, çünki, bizim universitetlər bu məqsədlə öz əməkdaşlarına heç vaxt ezamiyyə pulu ödəmirlər (hər halda son 15 ildə 20 dəfədən çox xaricdə konfranslara qatılmışam, hər dəfə də qarşı tərəfin maliyyəsi hesabına, işlədiyim universitet heç vaxt 1 manat belə ezamiyyə pulu verməyib, sonra da sual veririlər: "necə edək ki, reytinqlərimiz qalxsın?"). Açılış günü plenar məruzə etdik, ertəsi gün isə bölmə iclasında məruzə etdik. Konfrans çox maraqlı keçdi.
Bu universitet son illər RF ETN -nin icra etdiyi Dövlət proqramları çərçivəsində ( "İnnovativ iqtisadiyyat üçün elmi və elmi-pedaqoji kadrların hazırlanması" adlı DP çərçivəsində) 14 qrant udub. Bu hesaba universitetin innovativ infrastrukturunu formalaşdıra biliblər. Bu konfrans da qrant hesabına təşkil edilmişdi.
Biz 20 ildir bu təcrübənin milli universitetlərimizdə tətbiq edilməsini təklif edirik, məmurların isə bu təkliflər marağında deyil. Görünür inkişafda maraqlı deyillər.
Səfər müddətində Çeçenstan Dövlət Pedaqoji Universitetində də maraqlı görüşlərimiz oldu, onların qarşısında da məruzə etdik. Bu haqda əlavə postumuz olacaqdır.

"Paralel.az"

0.012675046920776