İlon Mask 2 milyard dollarlıq zavod investisiyası üçün bu ölkəni seçdi

İlon Mask 2 milyard dollarlıq zavod investisiyası üçün bu ölkəni seçdi
 

İlon Mask ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla”nın yeni fabrikinin harada tikəcəyi barədə qərarını açıqlayıb. 

“Tesla” Hindistanla 2 milyard dollarlıq fabrik sərmayəsi üçün razılaşma əldə etmək üzrədir.

Tərəflərin razılaşmanı yanvarda keçiriləcək Canlı Qucarat Qlobal Sammitində elan edəcəyi gözlənilir.

Hindistanın baş naziri Narendra Modinin məmləkəti olan Qucarat, Maharaştra və Tamil Nadu əyalətlərinin elektriklə işləyən avtomobillər və ixracat üçün yaxşı qurulmuş ekosistemlərə malik olduqları üçün qiymətləndirildiyi bildirilib. 

Məlumata görə, “Tesla” ölkədəki fabrik sərmayəsi üçün minimum 2 milyard dollar investisiya etməyi planlaşdırarkən, ölkədən avtomobil hissələri alışını 15 milyard dollara qədər artıra biləcək. 

Həmçinin ABŞ avtomobil istehsalçısı xərcləri azaltmaq üçün bəzi akkumulyatorları Hindistanda istehsal etməyə çalışacaq.

0.020770072937012