Dünya liderləri “türk dilində danışır” – Maraqlı VİDEO

Dünya liderləri “türk dilində danışır” – Maraqlı VİDEO
 

Kim Çen In, Vladimir Putin və s. dünya liderlərinin Türkiyə türkçəsində danışdığını əks etdirən video hazırlanıb.

 "Deepfake" texnologiyasında istifadə edildiyindən görüntünün qeyri-real olduğu çətin seçilir.

Belə ki, dünya liderləri çıxış edərkən onların ağız hərəkətləri ilə səs arasında fərq hiss olunmur.

Bəzi mütəxəssislər belə vəziyyətin yaxın gələcəkdə problemlərə yol açacağını istisna etmir. Ekspertlər süni intellektin yalan informasiyanın yayılmasında dırnaqarası müsbət rol oynayacağını düşünürlər.

Qeyd edək ki, bununla bağlı Azərbaycanın müvafiq rəsmi qurumları da ölkə ictimaiyyətini diqqətli olmağa və belə videolara inanmamağa çağırıb.

Ölkə.Az

 

0.017180919647217