Sülh bu ölkədə olmayacaq, Azərbaycan tam dərk edir və… - Ermənistan rəsmisi

Sülh bu ölkədə olmayacaq, Azərbaycan tam dərk edir və… - Ermənistan rəsmisi
 

Ermənistan Rusiyada Azərbaycanla sülh müqaviləsi imzalamayacaq. Bütün Rusiya zəmanətləri 9 noyabr 2020-ci ildən sonra itdi. Ermənistan bu səhvi ikinci dəfə təkrar etməyəcək, Rusiyada Azərbaycanla sülh müqaviləsi olmayacaq.

Bunu Ermənistan Milli Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Armen Xaçatryan deyib.

“Məqsədimiz odur ki, sülh sazişi imzalanandan sonra konkret qarantlar olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmlərdən istifadə edə biləcəyimizi bilək”, - o bildirib.

Xaçatryanın sözlərinə görə, sülh sazişi bir sıra Qərb ölkələrinin zəmanəti ilə imzalanacaq: “Azərbaycan bunu tam dərk edərək, bu təminatların reallaşmaması üçün hər şeyi edir”.

Ölkə.Az

 

0.015778064727783