Dost dostu küçədə bıçaqlayıb öldürdü - İstanbulda

Dost dostu küçədə bıçaqlayıb öldürdü - İstanbulda
 

İstanbulda küçənin ortasında iki dost arasında mübahisə qətllə nəticələnib.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, dost olduqları bilinən iki şəxs arasında küçənin ortasında mübahisə düşüb.

Qısa müddətdə davaya çevrilən hadisədə Yalçın Gırnatacı qarnından bıçaqlanıb. Hadisə yerinə təcili tibbi yardım həkimləri gəlib və yaralı xəstəxanaya çatdırlıb. Lakin bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Əməliyyat tədbirləri nəticəsində dostunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Hadisənin səbəbləri araşdırılır.

 

0.016846179962158