Çin 2024-cü ildə orbitdəki stansiyasına dörd kosmik gəmi çıxaracaq

Çin 2024-cü ildə orbitdəki stansiyasına dörd kosmik gəmi çıxaracaq
 

Çin 2024-cü ildə orbital stansiyasına dörd ədəd pilotlu yük kosmik gəmisi çıxaracaq.

"Paralel.az" xəbər verir ki, bu barədə məlumatı Çin Xalq Respublikasının İnsanlı Kosmik Uçuş Proqramı İdarəsi yayıb.

Departamentin “WeChat” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib ki, gələn il göyərtəsində taykonavtlar olan “Şençjou-18” və “Şençjou-19”, həmçinin “Tiancou-7” və “Tianzcou-8” yük gəmiləri buraxılacaq. Bu missiyaların ilkin tarixləri açıqlanmayıb.

Eyni zamanda, Çin Mərkəzi Televiziyasının məlumatına görə, “Tiancou-7”nin gələn ilin əvvəlində Vençan kosmodromundan (Haynan əyalətinin cənubu) orbitə çıxarılması planlaşdırılır.

 

0.019307136535645