Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirildi

Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirildi
 

Suriyanın şimalında – “Zeytun budağı” əməliyyatı bölgəsində hücum hazırlığı gördüyünü müəyyən edilən PKK-nın dörd terrorçusu zərərsizləşdirilib.

"Paralel.az" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəhrəman Mehmetçik Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatları davam etdirir. “Zeytun budağı” bölgəsində hücuma hazırlaşdığı müəyyən edilən 4 PKK/YPG terrorçusu xain məqsədlərinə çatmamış zərərsizləşdirilib”, – müdafiə qurumunun mətbuat xidməti diqqətə çatdırıb.

 

0.032809019088745