ABŞ bazasına dronla zərbələr endirildi

ABŞ bazasına dronla zərbələr endirildi
 

Suriyanın şimal-şərqində yerləşən ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

"Paralel.az" xəbər verir ki, hərbi baza Suriyanın Həsəkə şəhərindən qərbdə yerləşən Tell-Beydarda məntəqəsində yerləşib.

Hücum nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücumlar mütəmadi hal alıb.
ABŞ-nin xüsusən İraq və Sutiyada yerləşən hərbi bazaları hücuma məruz qalır.

 

0.013389825820923