"Bakı Vaşinqtonu belə sıradan çıxarır" - Erməni nəşrinin etirafı

 

“Bakının yürütdüyü diplomatiya İrəvandan fərqli olaraq Azərbaycanın milli və dövlət maraqlarına uyğun olmaqla yanaşı, yerinə yetirmək iqtidarındadırlar. Təəssüflə qeyd etmək lazımdır ki, bu fikri Ermənistan hakimiyyəti  barədə söyləmək mümkün deyil”.

Paralel.az xəbər verir ki, bu barədə Ermənistanın “hraparak” media orqanı yazır.

Nəşr son günlərdə Vaşinqton-Bakı arasında yaranmış gərginliyə toxunaraq yazır ki,  yaranmış situasiyada Rusiya tərəfi Ermənistan ərazisindən keçən dəhlizə nəzarəti ələ keçirməyə çalışarkən kollektiv Qərb Rusiya tərəfini hər vasitə ilə regiondan sıxışdırıb çıxarmağa cəhd göstərir. 

“Türkiyə-Azərbaycan tandeminin dəhlizlə bağlı maraqları isə Rusiya tərəfinin istəkləri ilə üst-üstə düşür.
Ona görə də Azərbaycan indi Rusiya platformasına üstünlük verməyə başlayıb, üstəlik, Azərbaycan və Ermənistan tərəflərinin növbəti görüşünün Moskvada keçiriləcəyini bəyan edib ki, bu da Qərbin və ya ABŞ-nin regionumuzdakı rolunu azalda bilər. Belə bir addımın atılması Zəngəzur dəhlizinin Türkiyə və Azərbaycan üçün ciddi əhəmiyyət kəsb edilməsi ilə bağlıdır. 
Lakin ABŞ Azərbaycanla münasibətləri pisləşdirə bilməz. Burada təkcə enerji daşıyıcıları ilə bağlı məsələ deyil, həm də İranla bağlı məsələlər mövcuddur. Bunu Azərbaycanda da aydın başa düşürlər və bu vəziyyətdən istifadə etməyə çalışırlar. Təbii ki, Azərbaycan Prezidenti açıq şəkildə dərk edir ki, indiki məqamda onun maraqları Rusiyanın maraqları ilə üst-üstə düşür və o, istədiyinə nail olmaq üçün çox çevik şəkildə Rusiya platformasına keçir. Və o, Amerika tərəfinə ultimatum təqdim edir və onu Ermənistanı qorumaq və dəstəkləmək cəhdlərindən əl çəkməyə məcbur edir. Bakıda diplomatiyadan öz dövlət maraqlarını təmin etmək iqtidarındadırlar, təəssüf ki, bizim (Ermənistan) hakimiyyət orqanlarında bunu deyə bilmərik”, - nəşr yazır.

Bakı ilə Vaşiqnton arasındakı vəziyyəti “haraparak”a şərh edən erməni politoloq Stepan Danielyan bildirib ki, Ermənistanın xarici siyasət vektorunun dəyişməsi, ABŞ-nin artıq müəyyən tələblər irəli sürməsinə səbəb olub. 

“Başa düşdüyüm qədər, söhbət Azərbaycanla sülh sazişi müqaviləsinin məzmunundan gedir. Düşünürəm ki, burada bir neçə nüans var. Rusiyanın əsas tələbi Zəngəzur dəhlizinə nəzarətdir ki, bu da Azərbaycan və Türkiyənin tələblərinə uyğundur. Bakı və Ankara istəyir ki, bu mərhələdə dəhliz Ermənistanın nəzarəti altında olmasın. Növbəti mərhələdə Rusiya zəiflədikdə dəhliz onların nəzarətinə keçsin. ABŞ-nin əsas marağı həm də bu dəhlizlərin problemidir və onların arzusudur ki, ilk növbədə Rusiyanın nəzarətinə keçməsin, digər tərəfdən birbaşa “Şimal-Cənub” dəhlizinə də qarşı çıxırlar. Rusiya ilə İranı birləşdirəcək dəhliz  əsasən Azərbaycan  keçəcək ki, bu da Vaşinqtonun elə də marağına uyğun deyil”, -Danielyan qeyd edib.

O əlavə edib ki, burada  ziddiyyət yaradan ikinci məqam Ankaranın Qəzza ilə bağlı İsrailə qarşı  sərgilədiyi mövqedir. “Ankara və Bakının “bir millət-iki dövlət” formatında çıxış etməsi ilə Cənubi Qafqazda  əsas dominant gücə çevrilməsi Vaşinqtonla Bakı arasında ziddiyyət yaradan amillərdən biridir”, - Danileyan bildirib.

Politoloq qarşıdakı dönəmdə bölgədə ziddiyyətlərin dərinləşəcəyini istisna etmir. O hesab edir ki, bu Ukrayna müharibəsi, İsrail və Qəzza ətrafında gedən proseslər, Türkiyə ilə İsrail arasında münasibətlərin nə dərəcədə  kəskinləşəcəyi, həm də Rusiyanın nə qədər zəifləyəcəyi ilə bağlı olan amillərdən asılı olacaq.

Onun fikrincə, region ölkələrinin maraqları kifayət qədər bir-birinə bağlıdır: “Bir tərəfdən Rusiya ilə İranın dərin əlaqələri var və bu əlaqələr həm də hərbi sahədədir, hər ikisi Şimal-Cənub dəhlizində, Naxçıvandan keçən dəhlizdə maraqlıdır. Digər tərəfdən, İran gələcəkdə Ermənistan və Gürcüstan vasitəsilə Qara dənizə çıxmaqda maraqlıdır ki, bu da Rusiyanın maraqları ilə demək olar ki, üst-üstə düşmür. Burada Rusiya ilə İran arasında üst-üstə düşən maraqlar var, üst-üstə düşməyən maraqlar da var”.

Mürtəza
Ölkə.Az

 

0.016216993331909