ABŞ bu halda Ukraynaya ordu yeridəcək

ABŞ bu halda Ukraynaya ordu yeridəcək
 

Ukrayna Rusiya ilə münaqişədə məğlub olma təhlükəsi olduqda bu ölkəyə qoşun göndərə bilər.

Paralel.az xəbər verir ki, bunu CBS telekanalına Nümayəndələr Palatasının Demokratlar Partiyasının lideri Hakim Cefris  deyib.

“Biz Ukraynanın çökməsinə imkan verə bilmərik. Əgər bu baş verərsə, Amerikanın münaqişəyə təkcə bizim pulumuzla deyil, həm də hərbi personalımızla müdaxilə etməli olması ehtimalı böyükdür”, - konqresmen deyib.

Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı müzakirələr bir neçə aydır ki, davam edir. Mayın əvvəlində Fransa prezidenti Emmanuel Makron “The Economist”ə müsahibəsində bu addım üçün iki şərti açıqlayıb.

Onun sözlərinə görə, birincisi, Rusiya ordusu cəbhə xəttini yarıb keçərsə, ikincisi isə Kiyev müvafiq yardım sorğusu göndərərsə, Ukraynaya qoşuna göndərilə bilər.

Makron Qərb müttəfiqlərini bu ssenarini istisna etməməyə çağırıb, çünki bu, Aİ-nin təhlükəsizliyi və nüfuzu üçün “əsas şərt”dir.

Kreml isə hesab edir ki, NATO qoşunlarının Ukraynaya daxil olması, Rusiya ilə alyans arasında münaqişəni qaçılmaz edəcək. 

 

0.013803005218506