Bakıda tarixi bina bərpa edilib 

Bakıda tarixi bina bərpa edilib 
 

Bakıda yerləşən yerli əhəmiyyətli tarixi bina bərpa edilib.

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ildə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan paytaxtın Ə. Əliyev küçəsi 1 ünvanında yerləşən binanın fasadının karniz hissələrində bərpa işləri aparılıb.

Qeyd olunub ki, tarixi binanın karniz hissəsində atmosfer təsirləri nəticəsində piyadalar üçün təhlükə yarada biləcək xırda daş parçalarının, karnizin və kronşteynlərin tökülmə təhlükəsinin qarşısını almaq üçün bərpa işlərinin aparılması üçün zərurət yaranıb.

Bərpa nəticəsində təhlükəli daşlar təmizlənərək bərkidilib, kronşteynlərdə olan nəbati naxışlar xüsusi əhəng məhlulları ilə bərpa edilib, daşları bərkidilib, metal hissələr qoruyucu qatlarla örtülüb.

Nəticədə yerli əhəmiyyətli tarixi bina ilkin vəziyyətə qaytarılıb.

 

0.012611865997314