"Universitetlərin köçürülməsi şəhərlərin inkişafına və tıxacların aradan qalxmasına kömək edə bilər"

 

Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Ali təhsil müəssilərinin paytaxtdan kənar ərazilərə köçürülməsinə dair fikir bildirib. Maraqlıdır ki, Ali təhsil müəssisələri digər bölgələrə niyə köçürülmür? Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov "Paralel.az" ilə fikirlərini bölüşüb.


İlqar Orucovun fikirlərinə görə, Azərbaycan Ali təhsil müəssisələrinin paytaxtdan regiona köçürülməsi məsələsini təkcə Vüqar İskəndərov deyil, bir çox ekpertlərdə bu mövzu ilə bağlı fikirlərini bildiriblər.


"Təhsil eskpertləri paytaxtda sıxlıqların aradan qaldırılması və regionların mədəni inkişafı baxımından bu məsələni gündəmə gətiriblər. Bu məsələ kifayət qədər maliyyə cəhətindən vəsait tələb edən işdir. Zaman-zaman fərqli ölkələrin universitetlərində olmuşam. Avropanın elə şəhərləri var ki, həmin yerləri yalnız universitet şəhəri kimi tanıyırlar. Universitet təkcə şəhərin təhsil mühitini yox, mədəni və sosial mühitini formalaşdırır. Eyni zamanda, universitet təhsil müəssisəsi kimi bir şəhərin ümumi inkişafını şərtləndirir. Bu baxımdan Azərbaycanın xeyli sayda şəhərləri var ki, universitetlərin köçürülməsi həmin şəhərlərin inkişafına və paytaxtda olan tıxac problemlərinin aradan qalxmasına kömək edə bilər. Ancaq bu vəsait tələb etdiyi üçün 1-5 il ərzində gerçəkləşməsi çətindir. Əlbəttə ki, universitet paytaxtdan köçürülsə, professor heyəti bölgələrdə yaşamalı, tələbələr üçün korpus tikilməlidir. Burada təkcə universitet infrasturukturun formalaşması üçün deyil, həmçinin universitetlərdə işləyəcək şəxslər üçün şərait yaradılmalı baxımından xeyli vəsait tələb edir".

Ekspert vurğulayır ki, universitetlərin regionlarımızda digər fiallarının açılması məsələsi planlı olmalıdır.

"Düşünürəm ki, regionların sosial inkişafı baxımdan universitet fiallarının konkret bölgələrdə açılması daha məsləhətli olardı. Məsələn, Aqrar univeritetinin kənd təsərrüfatına olan kadrların yığılması üçün məhz aqrar bölgələrdə açılması daha məsləhətli olardı. Əslində, Azərbaycanın həmişə mədəni bölgələri olub. Azərbaycanın ümumi xəritəsinə nəzər salsaq, Gəncədə, Qubada, Mingəçevirdə, Şamaxıda, Şəkidə universitet filiallarımız var. İşğaldan azad olunmuş ərazilərin bərpa olunması prosesi davam edir. Gələcəkdə Qarabağ universitetinin yaranması məsələsinə dair işlər həyata keçiriləcək. Tutaq ki, Xankəndi şəhərində universitet açılsa, həmin universitetdə ölkəmizin perspektivlərini və kadr potensialını təmin etmək üçün fakültələr açılacaq. Qeyd etdiyim kimi bu işlərin hamısı planlı şəkildə tətbiq edilməlidir. Azərbaycanın ümumi iqtisadi inkişafı gücləndikcə məqsədli və uğurlu şəkildə baş tutacaq".

Fatimə Mustafayeva,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi

"Paralel.az"

0.034280061721802