İranın “Şahid-136” dronları Rusiyada istehsal ediləcək

İranın “Şahid-136” dronları Rusiyada istehsal ediləcək
 

Reuters: “Rusiyada İran dronları üçün zavodun tikintisi yüksək sürətlə gedir”

Dünən bir araşdırma təşkilatı peyk görüntülərinə əsaslanaraq, Rusiyada İranın pilotsuz uçuş aparatlarının istehsalı və yığılması üzrə zavodun tikinti prosesinin böyük irəliləyişlər əldə etdiyini açıqlayıb.

“Reuters” həmin araşdırma təşkilatına istinadla yazıb: “Sentyabrın ortalarına aid peyk görüntüsü Rusiyanın Tatarıstan Respublikasında yerləşən Alabuqa şəhərindəki fabrikdə yeni tikintinin aparıldığını göstərir və sızdırılan sənədlərə görə, bu binanın İranın “Şahid-136" pilotsuz uçuş aparatlarının kütləvi istehsalı üçün istifadə ediləcəyi güman edilir”.

"Reuters"in məlumatına görə, Rusiya bu dronlardan Ukraynanın enerji obyektlərinə hücum etmək üçün istifadə edəcək.

0.012310981750488