Hasilat sənayesində Biznesin insan hüquqlarına təsiri - Mirvari Qəhrəmanlı 

Hasilat sənayesində Biznesin insan hüquqlarına təsiri - Mirvari Qəhrəmanlı 
 

SOCAR və onun tərəfdaşlarının “Kadr siyasəti “ üzrə müşahidələrimiz...

Apardığımız müşahidələr göstərir ki. SOCAR və onun tərəfdaşları tərəfindən bu sahədə bəzi müsbət çalarlar müşahidə olunsa da, zamanında rəhbərlik səviyyəsində qəbul olunan və ölkə qanunvericiliyinə zidd olan bəzi qərarlar (işçilərlə məcburi müvəqqəti Əmək Müqaviələrinin bağlanması, müqavilə müddətinin qurtarması bəhanəsi ilə arzuolunmaz işçilərin tutduğu vəzifəsindən azad olunması, Əmək Müqaviləsinə məcburi əlavələrin olunması və s) şirkətdə kütləvi işçi hüquqlarının pozulmasına səbəb olub və bu hal hələ də davam edir

İR sahəsində ciddi dəyişikliyə, peşəkar kadr çatışmamazlığı var. Peşekar kadrlara ehtiyac duyulur. Kadrlar arasında təhsili, tutduğu vəzifə arasında uyğunsuzluq olan işçi müşahidə olunur (məs. İR üzrə işçi İncəsənət institunu qurtarıb) .

-Şirkət rəhbərliyi tərəfindən ölkə qanunvericiliyinin pozulma faktları müşahidə olunur

1.Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunun 7.13. maddəsi (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır) pozularaq , işəgötürənlərdən yazılmış əksər şikayət ərizələri şikayət edilən işəgötürənə göndərilir. Şikayətçi ilə görüşülmür, problem araşdırılmır, işəgötürənin həmin ərizəyə yazdığı cavab əsas götürülür və sonda işçi öz iş yerini itirmiş olur

2.Azərbaycan Respublikasının Konstitutsiyası Maddə 57. Müraciət etmək hüququ
II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
-Şikayət ərizəsi yazan işçilərin təqib və təzyiqlərə məruz qalma faktları müşühidə olunur : -ona məcburi ərizə yazdırılır,müvəqqəti müqavilənin müddəti uzadılmır, xəstəlik vərəqələri qeyri qanuni ləğv olunmasına cəhd olunur ,psixoloji təzyiqə məruz qalır və s
3.Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu.Maddə 7.( Yaxın qohumların birgə işləməsinə yol verilməməsi ) Nepotizm
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

-Şirkətdə böyük qohum çətəsi var. Ümumi işçi sayının təqribən 10% qohum əqrabadan ibarətdir. Köhnə komandanı da özünə birləşdirərək “gücləndirilmiş “ təzə komanda da qohumbazlıq müşahidə olunur. . Nepotizmin ziyanı ondadır ki, insan yeni vəzifəyə öz peşəkar qabiliyyətlərinə uyğun olaraq deyil, peşəkar seçim olmadan və çox halda ümumiyyətlə yaxşı mütəxəssis olmadığı halda təyin olunur.

ARƏM Maddə 311. (Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti
İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək
funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər
normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla
qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir) tədbiqi müşahidə olunmayıb. Səbəb də yəqin ki, Nepotizmdir.

Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri 

"Paralel.az"

0.017736196517944