"Tələsmə, ciddi düşün"

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sammitinə gəlməkdən imtina etməsinə cavab olaraq tələsik qərarlar qəbul etməməyi təklif edib.

"Paralel.az" xəbər verir ki, bu barədə "RİA Novosti" dövlət başçısının mətbuat katibi Natalya Eysmonta istinadən məlumat yayıb.

"Belarus prezidenti Ermənistanın baş nazirinin sammitdə iştirakdan imtina etməsinə sakit reaksiya verib", - prezidentin sözçüsü deyib.

Eysmont qeyd edib ki, bu, istənilən dövlət başçısının işidir.

O, həmçinin vurğulayıb ki, Lukaşenko Paşinyanı tələsməməyə, tələsik qərarlar qəbul etməməyə, "parçalanmağa yönələ biləcək" növbəti addımları atan zaman ciddi düşünməyə dəvət edib.

Noyabrın 14-də Ermənistanın baş nazirinin mətbuat xidməti məlumat yayıb ki, Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya KTMT sammitinə gəlməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Eyni zamanda Ermənistanın baş naziri ümid etdiyini bildirib ki, KTMT üzrə tərəfdaşları onun qərarını anlayacaqlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyinə görə təəssüflənir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Paşinyanın Rusiya ilə bağlı bəyanatlarını qəbuledilməz adlandırıb.(Publika.az)

 

0.019990921020508