"20 min qazandım" deyənlər yalan danışır" - Müğənni Elvin Abdullayev

 

"Yutub mənə pul qazandırır, amma külli miqdarda yox. "Aya 20 min pul götürdüm deyənlər" yalan danışır. Hələ Azərbaycanda bu heç mümkün deyil. Bizim yutub kanallar Türkiyə ilə işləyir. 5-6 min civarı qazanc ola bilər. Mən də ildə 4-5 dəfə yutub kanalımdan ödəniş götürürəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev deyib. Yutubda yayımladığı mahnılardan əldə etdiyi qazancdan danışan ifaçı trendə düşən ifalardan da söz açıb:

"Yeni mahnı oxuyanda ehtiyat etməlisən. Çətin bir məsələdir. Özüm aranjiman edirəm, bir az mənə rahatdır. Amma başqa müğənni pul verir mahnı alır, aranjiman etdirir, canlı musiqi alətləri ifa edilir. Hamısına pul xərclənir. Bir mahnı ən az 3-4 min manata başa gəlir. Tökdüyün pulun müqabilində nə qazanırsan? Trendə düşə bilirsən? Çox vaxt bu, mümkün deyil. Bəzən mahnı sevilmir, tutmur, xərcin də batır. Yeni mahnı oxumaq riskdir. Son vaxtla retro mahnılar gündəmə gəlir. Bir musiqiçi kimi deyirəm ki, onları yeni aranjimanla oxumaq daha uğurludur.

Bu gün hamıya məlumdur ki, bu gün trenddə olan mahnıların əksəriyyətindən çox adamın xəbəri yoxdur. Əksəriyyəti pul qoyur, saxta baxış yığır, bəyəni qoydurur və şərhlər yazdırır. Elə bir mahnı oxuya bilərsən ki, bir gecədə məşhur olar, şansın gətirər. Amma mahnı da var ki, üstündə əziyyət çəkirsən dinlənilmir".

 

0.024627923965454