"Tik Tok" daha bir ölkədə qadağan edildi

 

Nepal hökuməti Çinə məxsus sosial media platforması “TikTok”u qadağan etmək qərarına gəlib.

“TikTok”un ölkədəki ictimai quruluşu pozduğu əsas gətirilir.

Rabitə və İnformasiya Texnologiyaları naziri Rekha Şarma platformanın etiraz doğuran məzmun yaydığını söyləyib.

“Qadağa dərhal qüvvəyə minəcək. Səlahiyyətlilərə qərarı həyata keçirmək üçün göstəriş verilib”.

Xarici işlər naziri Narayan Prakaş Saud Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

“Sosial media platformaları olan şirkətlərdən Nepalda qeydiyyatdan keçib əlaqə ofisi açmalarını, vergi ödəmələrini, ölkənin qanun və qaydalarına əməl etmələrini xahiş edirm”,- açıqlamada qeyd olunub.

Qeyd edək ki, bu ilin may ayında ABŞ-nin Montana ştatı "TikTok" tətbiqindən istifadəni qadağan edib.

 

 

0.019056081771851