"Red Sprite" Türkiyə səmasında göründü - FOTO

"Red Sprite" Türkiyə səmasında göründü - FOTO
 

Fotoqraf Kristos Dudulakisin Afinadan çəkdiyi görüntülər gündəm olub.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, "Red Sprite" təbiət hadisəsi Egey dənizi üzərində görünüb.

Həmin anları lentə alan fotoqraf sosial media hesabında paylaşım edib.

“Red sprite” təxminən 95 kilometr hündürlükdə fırtına buludlarının üzərində əmələ gələn qırmızı-narıncı rəngli parlaq, plazmayabənzər parıltıdır. Bu fırtına buludları içərisində elektrik boşalmaları nəticəsində əmələ gəlir. Boşalmalar buludlarda müsbət və mənfi yüklü hissəciklər bir araya gəldikdə baş verir.

“Red sprite”-ın əmələ gəlməsinə təsir edən amillərə fırtına buludlarının ölçüsü, buludlardakı elektrik yükünün miqdarı və atmosferin temperaturu daxildir.

Günay

0.015974998474121