"Azərbaycan Nəşriyyatı"nın direktoru 2 ildir dəyişib, nöqsanlar isə dəyişməyib!.. - Tənqid

 

Direktor dəyişəndə hamı sevinirdi, amma bu sevinc çox çəkmədi...

Bəlkə də, jurnalistika dünyada yeganə peşədir ki, yazılarında real hadisələri, həqiqətləri əks etdirən peşəkar jurnalistləri vəzifəlilər sevmir.

Əlbəttə, fəaliyyətində qaranlıq məqamlar - rüşvət, korrupsiya ilə məşğul olan kəslər heç vaxt həqiqəti, şəffaflığı sevmirlər. Bu prizmadan yanaşanda, az fərqlə dünyanın istənilən ölkəsində həqiqəti yazan jurnalistlərin dünyada təqib olunduğu, hətta bəzi hallarda həbs olunur və öldürülür...

Bu baxımdan təhlil edəndən, Azərbaycanda mediaya münasibət yaxşı deyil. Ona görə də, ölkə mediasının fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən daim tənqid olunur. "Media haqqında" Qanun jurnalistlərin fəaliyyətini məhdudlaşdırdığı, məmurların rüşvət və korrupsiya əməlini himayə etdiyi üçün daim tənqid olunur, bu qanun dəyişdirilməsi üçün çağırışlar edilir.

Ölkədə medianın fəaliyyətini məhdudlaşdırmaq üçün, təcrübəli peşəkar jurnalistlərin tutmalı olduğu vəzifələrə, bəlkə də qəsdən, bilərəkdən qeyri-peşəkar məmurlar gətirilir. Media Agentliyinin hazırkı icraçı direktoru Əhməd İsmayılov və "Azərbaycan Nəşriyyatı"nın direktor Leyla Güləliyevanın təyinatları dediyimizə əyani misaldır. Birinci hüquqşünas, ikinci isə qeyri peşə sahibidir.

Etiraf etmək lazımdır ki, ölkə müstəqillik əldə edəndən bəri Azərbaycan dövləti dünya güclərinin himayə etdiyi uzun müharibə ilə üzləşib. Bu da ölkədə bütün sahələrin, o cümlədən ölkə mediasıanın inkişafına mənfi təsir göstərir. Hər kəs dərk edir ki, müharibə gedən hər bir ölkə kimi, müharibə dövründə Azərbaycanda da medianın fəaliyyəti dövlət tərəfindən hüquqi tənzimlənir. Amma necə? Təbii ki, medianın fəaliyyətinə basqı, kobud müdaxiləyə yol vermək şərtilə...

Ölkəmizdə medianın inkişafına rəhbərlik edənlərin qeyri - peşəkarlığı, dövlətin verdiyi maddi-mənəvi dəstəyin təyinatdan kənar istifadə edilməsi səbəbindən Azərbaycanda baş verən həqiqətlər, olduğu kimi, beynəlxalq ictimaiyyətə sürətlə, vaxtında çatdırılmır. Bundan məharətlə istifadə edən çoxsaylı düşmənlər isə, əllərinin altında olan müasir texnologiya ilə təmin olunmuş media vasitəsilə ölkəmizdə baş verən hadisələrin mahiyyətini dəyişərək, ölkəmiz haqqında uydurduğu yalanı həqiqət kimi dünya ictimaiyyətinə təqim edir.

Məsələn, peşəkar rəhbər məmurların və peşəkar media orqanlarının çatışmazlığı üzündən ölkə Prezidentinə lazım olan yüksək səviyyədə fəaliyyət göstərən media vasitələrinin olmaması ölkə Prezidentini xarici mediaya müraciət etməyə tez-tez vadar edir. Fikir verin, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişində cənab Prezident xarici media orqanlarına, xüsusən televiziyalara 50-yə yaxın müsahibə verdi. Bu müsahibələr ölkəmizin işğal altından olan torpaqlarını azad etmək üçün Azərbaycanın ədalətli müharibə apardığını, özünü kar və kor kimi aparan, aşkar xristian təəssübkeşliyi çəkən ABŞ, Fransa, Rusiya və digər super dövlətlərə Ermənistanın işğalçı olduğunu sübut etməyə yardım etdi! Bu, Azərbaycan müasir, yüksək texnolojiyə malik mediası vasitəsilə edilsəydi, lap yaxşı olmazdımı?!..

Bu istiqamətdə aparılan bütün təhlil və analizlər təsdiq edir ki, Azərbaycan Vətən müharibəsində Ermənistan üzərində qazandığı böyük qələbəni əsasən, xarici hərbi kadrlar, texnika və media resursları vasitəsilə əldə edib. Söhbət ölkə mediasının inkişafına dövlət qayğısından düşəndə, PA-da oturub, mediaya rəhbərlik edən qeyri-peşəkar məmurların bu faktı unutmaması lazımdır.

"Azərbaycan Nəşriyyatı" (bundan sonra Nəşriyyat) jurnalistikamızın siması olaraq, hazırda təsəvvür edilməz dərəcədə pis durumdadır.
Hamı gözləyirdi ki, yeni direktor yəqin ki, sabiq direktorun Nəşriyyatın təmirsizlikdən uzaq halda, baha qiymətə jurnalistlərə kirayəyə verdiyi otaqların qiyməti aşağı salınacaq, nəhayət, jurnalistlərin başının bəlasına çevrilmiş təmirsiz otaqların, koridorların, bütün binanı əsrarəngiz, heyrət doğuran iyə, qoxa qərq edən mərtəbələrdə yerləşən tualetlər təmir olunub, müasir vəziyyətə gətiriləcək!

Amma heyhat ki, "Azərbaycan Nəşriyyatı"na yeni direktorun təyin olunmasından 2 il zaman keçməsinə baxmayaraq, göstərilən nöqsanların heç bir aradan qaldırılmayıb. Hər il dövlət büdcəsindən ayrılan təmir pulu yenə də Nəşriyyatın təmirinə sərf edilmir, əksinə, əvvəlki direktorun zamanlnda olduğu kimi, saxtakarlıqla mənimsənilir.

Bir sözlə, direktorun L. Güləliyeva jurnalistlərin Nəşriyyatın gec-tez düzələcəyinə dair olan ümidlərini yersiz hərəkətlərilə tam puça çıxarıb. Hazırda "Azərbaycan Nəşriyyatı"nda "köhnə hamam, köhnə tas, heç görmüsənmi belə, qardaş"?! - deyilən atalar məsəlinin hökmünün qüvvədə olduğunu təsdiq edir...

Deyilənlərə görə, Leyla Güləliyevanı "Azərbaycan Nəşriyyatı"na direktoru vəzifəsinə təyin edilməsi PA İşlər İdarəsinin müdiri cənab Ramin Quluzadə ilə bağlıdır. O, "Azərbaycan Nəşriyyatı" barədə cızdığı planı, məhz xanım direktor vasitəsilə həyata keçirməyə nail olub və hətta "Azərbaycan Nəşriyyatı"nı PA İdarəsindən MMC-yə çevirib.

Qeyd edək ki, ölkədə bütün yeni təyinat alan məmurlar üçün bir növ dəbə düşən Azərbaycan "Əmək Məcəlləsi"nin müvafiq bəndini kobud pozmaq üsulundan istifadə edən təzə direktor "Azərbaycan Nəşriyyatı"nda çalışan, az qala, bütün kollektivi işdən qovub və onların yerinə cənab R. Quluzadənin tövsiyyə etdiyi qeyri-peşəkar adamları gətirib. Aldığımız məlumatda vəzifəyə yeni təyin olunanların əksəriyyətinin Ramin Quluzadənin qohumları, dostları, tanışları olduğu bildirilir! Bunu bilən hər kəs dərhal düşünür ki, belə dövlət idarə etmək olmaz!..

İnanmaq mümkün deyil ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan bu cür kobud qanun pozuntusu hallarına yol verilən "Azərbaycan Nəşriyyatı" barədə dəqiq məlumata malik olsun!..

Daha bir pis hal odur ki, "Azərbaycan Nəşriyyatı"na direktor təyin olunan Leyla Güləliyeva problemilə bağlı gələn adamları ya qəbul etməkdən imtina edir, ya da qəbuluna düşə bilən adama deyir ki, bu işlər mənlik deyil, hər şey PA İşlər İdarəsinin müdiri R. Quluzadə tərəfindən həll olunur.

Leyla Güləliyevanın əmək fəaliyyətinə yaxından bələd olanda bilinir ki, o, əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərmiş "Azmarka" MMC-nın direktoru olub. Bu təşkilat qısa müddət fəaliyyət göstərib və iflas edib. Cənab R. Quluzadə nazir vəzifəsindən azad olunub, PA-nın İşlər İdarəsinə müdir təyin olunduqdan sonra, həmin nazirliyin nəzdində fəaliyyət  göstərmiş Leyla Güləliyeva da "Azərbaycan Nəşriyyatı"na direktor təyin olunub.

Təkrar edək ki, L. Güləliyeva 01.10. 2021-ci ildə  "Azərbaycan Nəşriyyatı"na direktor təyin olunub. Amma 2 il ərzində Nəşriyyatda heç bir müsbət dəyişiklik yoxdur. Əksinə, "Azərbaycan Nəşriyyatı"nda durum daha da pisləşib, kordorlarda yayılan üfunət yerindədir. Əvvəlki iy-qox daha güclənib, koridorları, otaqları və bütün binanı bürüyən iydən binaya girən hər kəs fərc olur.

"Azərbaycan Nəşriyyatı"nın 9 mərtəbəli binasının daxili pilləkənləri  çətin keçilən "ildırımlı yollar"dan heç fərqlənmir, tam yarasız haldadır. Ömrünü çoxdan başa vurmuş parket döşəmədən ibarət olan koridorlarda yayılan səs-küy, üfunət adamların beyninə işləyir.

Direktor dəyişəndən "Azərbaycan Nəşriyyatı"nda dəyişən yalnız işə təzə gətirilən işçilərin 4,5- 9 min manat arasında dəyişən yüksək əmək haqqıdır...

Miri

0.025521993637085