Devid Kameron 7 il sonra nazir təyin edildi

Devid Kameron 7 il sonra nazir təyin edildi
 

İngiltərənin keçmiş baş naziri Devid Kameron vəzifəyə təyin edilib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, 2010-2016-cı illərdə baş nazir postunda olan Kamerona xarici işlər naziri vəzifəsi həvalə edilib.

Deputat olmadan vəzifəyə başlamasının yolunu açmaq üçün Kameron  Lordlar Palatasının ömürlük üzvü təyin edilib.

Qeyd edək ki, o, 2016-cı ildə Breksit (İngiltərənin Avropa Birliyindən çıxması-red.) referendumundan sonra həm baş nazir vəzifəsindən, həm də deputatlıqdan imtina etmişdi.

D. Kameron vəzifə başında olarkən apardığı iqtisadi siyasətə görə, zaman-zaman tənqidlərə məruz qalmışdı.

D. Kameron Rusiya Prezidenti Putini sərt tənqid edən siyasətçidir.

 

0.01433801651001