Paşinyan KTMT-nin sammitində iştirak etməyəcək

Paşinyan KTMT-nin sammitində iştirak etməyəcək
 

Ermənistanın baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etməyəcək.

"Paralel.az" xəbər verir ki, bu barədə N.Paşinyan Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib.

Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasının təşkili ilə bağlı məsələləri müzakirə edib.

O, KTMT üzrə tərəfdaşların bu qərarı anlayışla qarşılayacaqlarına ümid etdiyini qeyd edib. 

 

0.030694961547852