Suella Braverman vəzifəsindən uzaqlaşdırılıb

Suella Braverman vəzifəsindən uzaqlaşdırılıb
 

Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman baş nazir Rişi Sunak tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

"Paralel.az" xarici KİV-ə istinadla xəbər verir ki, o, Fələstinə dəstək nümayişlərinə münasibəti ilə müzakirələrə səbəb olub.

Belə ki, Suella 5 həftədir, davam edən Fələstinə dəstək yürüşləri ilə bağlı "Bu belə davam edə bilməz" deyib.

Suellanın yerinə xarici işlər naziri Ceyms Kleverli təyin olunub.

Keçmiş baş nazir Devid Kemeron isə xarici işlər naziri təyin edilib.



 

0.02385401725769