"Məşğulluq sistemi işsizliyin yükünü götürə bilmir" - Deputat 

 

"Rayonlarda işsizlik kifayət qədər yüksək səviyyədədir. Məşğulluq sistemi işsizliyin yükünü götürə bilmir".

"Paralel.az" xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə büdcə müzakirəsi zamanı deyib.

"İqtisadiyyatımızın dirçəlməsi üçün çıxış yollarından biri dövlətin yükünün bələdiyyələrə dövr edilməsidir. Nəhayət, 2024-cü ildə bələdiyyəni canlı bir quruma çevirməliyik. Bələdiyyə ölü vəziyyətdə olanda, onun sənədləri tanınmayanda və onun iqtisadi proseslərə qoşula bilməməsi, yerli xidmətlərdə böyük sıxıntılar yaradır. Bölgələrə qayıdış məsələsi vacib olmalıdır. Gələn ilin dövlət büdəsindən gənclər evinin saxlanılmasına vəsait ayrılsa da, içərisini doldura bilmədiyimiz bir çox obyektlər var. Ya onların təyinatı dəyişdirilməli, ya da hər hansı mədəni infrastruktur kimi bölgələrdə işlək vəziyyətə gəlməsini təmin etməliyik. Bundan başqa, idman obyektlərinin təmiri və başqa məsələlərlə bağlı vəsait artırılmalıdır. Misal olaraq, Bakıda çox sayda futbol meydançalarının dam örtüyü yoxdur. Paytaxtın iqliminə görə əksəriyyəti tam sıradan çıxır. Ölkədə son vaxtlar basketbol inkişaf etsə də, meydança tapmaq mümkün deyil. Məktəblərin həyətində bu tip meydançaların salınması məsələsini həll etmək lazımdır”.

 

0.012753963470459