Melitopolda rusların qərargahı partladıldı: ölənlər var

Melitopolda rusların qərargahı partladıldı: ölənlər var
 

Rusiyanın işğal etdiyi Melitopol şəhərində hərbi qərargah partladılıb.

"Paralel.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Kəşfiyyatın məlumatına görə, noyabrın 11-də Melitopolda rusların qərargaha çevirdikləri poçt binasında güclü partlayış olub.

Partlayışın FTX və “Rosqvardiya” zabitlərinin binada iclas keçirdikləri vaxt baş verdiyi bildirilib.

Qeyd olunub ki, partlayış nəticəsində azı 3 zabit öldürülüb.

 

0.09403395652771