Rusiyada yaşayış evində yanğın baş verib

Rusiyada yaşayış evində yanğın baş verib
 

Rusiyanın Tomsk şəhərində ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 9 nəfər xəsarət alıb.

"Paralel.az" xəbər verir ki, bu barədə TASS Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional qurumuna istinadən məlumat yayıb.

Yanğın noyabrın 12-nə keçən gecə yerli vaxtla saat 03:29-da Vanzetti küçəsindəki evdə baş verib. Alov 165 kvadratmetr ərazini əhatə edib. Yanğınsöndürənlər gələn zaman alov ikinci mərtəbədəki mənzilləri bürüyüb. Təcili yardım xidmətləri iki nəfəri pəncərələrdən çıxararaq xilas edib.

Yanğın yerli vaxtla saat 06:05-də söndürülüb. Onun söndürülməsinə 31 nəfər, 8 texnika iştirak edib. Hadisənin səbəbi məlum deyil.

 

0.013901948928833