Ələtdəki tıxacın səbəbi bilindi: 10-a yaxın avtomobil toqquşub - YENİLƏNİB

Ələtdəki tıxacın səbəbi bilindi: 10-a yaxın avtomobil toqquşub - YENİLƏNİB
 

Qaradağ rayonunun Ələt qəsəbəsinin girişində yaranan uzun tıxacın səbəbi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, tıxaca səbəb yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Belə ki, bu gün saat 16.00 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 70-ci km-də iki nəqliyyat vasitəsi toqquşub.

Sonradan isə daha bir neçə avtomobilin toqquşması nəticəsində zəncirvari qəza olub. 

Hadisələr zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib və uzun tıxac yaranıb.

***

Azərbaycanın cənub və qərb rayonlarından paytaxt istiqamətində intensiv nəqliyyat axını nəticəsində tıxac yaranıb. 

Bu barədə İqtisadiyyat.az-a hadisə şahidləri məlumat verib. 

Bildirilib ki, tıxac Astara-Bakı və Qazax-Bakı istiqamətlərinin kəsişməsindən başlayıb və bir neçə kilometrə qədər davam edir. 

Hazırda sözügedən magistral yolda uzunluğu bəlli olmayan tıxac müşahidə olunur. 

Tıxacın yaranmasına səbəb kimi qarşıda yol-nəqliyyat hadisəsinin baş verməsi ehtimalı da istisna edilmir. 

Qeyd edək ki, ölkədə 5 gün idi tətil idi və sabahdan iş günü başlayır. Buna görə də tətil günlərində paytaxtdan rayonlara axın olmuşdu.

 

0.016119003295898