Hindistanda tunel çökdü: Azı 36 işçi dağıntılar altında qaldı

Hindistanda tunel çökdü: Azı 36 işçi dağıntılar altında qaldı
 

“Ən azı 36 işçi Uttarakhand ştatının şimalında tikilməkdə olan nəqliyyat tunelinin dağıntıları altında qalıb”.

"Paralel.az"  xəbər verir ki, bu barədə yerli polis məlumat yayılıb.

“36 nəfər tuneldə qalıb və onların xilas edilməsi üçün səylər göstərilir. Polis əməkdaşları və Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin komandası hadisə yerindədir”, - deyə rayon polis idarəsinin rəisi Arpana Yaduvanş bildirib.

Onun sözlərinə görə, tunel dağlarda tikilirmiş və işçilər 200 metr irəlilədikdən sonra qurğu çöküb.
Uçqun zamanı tuneldə olanların hamısının sağ olduğu bildirilir. Yaduvanş bəyan edib ki, onları dağıntılar altından xilas etmək iki-üç gün çəkə bilər.

 

0.015062093734741