Sirkdən qaçan şirlə bağlı sakinlərə xəbərdarlıq edildi - VİDEO

Sirkdən qaçan şirlə bağlı sakinlərə xəbərdarlıq edildi - VİDEO
 

Şənbə günü axşam İtaliyanın Roma yaxınlığındakı Ladispoli şəhərindəki sirkdən şir qaçıb.

"Paralel.az" xəbər verir ki, Ladispoli şəhərinin meri Alessandro Qrando həmyerlilərini küçəyə çıxmamağa çağırıb.

“Vacib bildiriş! Mediterraneo küçəsində yerləşən sirkdən şir qaçıb. Operativ şəkildə hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının dəstəyi ilə sirk işçiləri heyvanın tutulması istiqamətində əməliyyat keçirirlər. Xahiş olunur ki, mümkün qədər diqqətli olun və yeni bildiriş gələnə qədər olduğunuz yeri tərk etməkdən çəkinin”, - deyə A.Qrando “Facebook” hesabında yazıb.

Sosial şəbəkələrdə şirin Ladispoli küçələrində gəzdiyini əks etdirən videolar yayılıb. Bu məlumat şəhər sakinləri arasında birmənalı olmayan reaksiyaya səbəb olub: bəziləri təşvişə qapılıb, bəziləri isə heyvanın sirkdən qaçmasına sevindiyini açıq şəkildə ifadə ediblər.
“Yazıq heyvanlar! Ümid edirəm ki, şir tapılmayacaq və bu axmaq şoular bitəcək”, - deyə şəhər sakinlərindən biri sosial şəbəkədə yazıb.(oxu.az)

 

0.016768217086792