ABŞ müdafiə naziri Yaxın Şərqdəki vəziyyətdən danışdı

ABŞ müdafiə naziri Yaxın Şərqdəki vəziyyətdən danışdı
 

ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla telefon danışığında Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

"Paralel.az" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Telefon danışığında Ostin İsrailin özünümüdafiə hüququnu təsdiqləyib və mülki əhalinin müdafiəsi və humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.

O qeyd edib ki, münaqişənin Qəzzadən kənara yayılmasının qarşısını almaq və regionda eskalasiyanın qarşısını almaq lazımdır.

 

0.036516904830933