"Aİ Rusiyanın qələbəsini rəsmən etiraf edir?” - Zaxarova

 

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Ukraynanın yaxın zamanda müharibədə qələbə qazana bilməyəcəyi barədə fikrinə münasibət bildirib.

"Paralel.az" xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb. Zaxarova Borrelin sözlərinə münasibət bildirərkən, bu bəyanatın Rusiyanın qələbəsinin Aİ tərəfindən tanınması mənasını daşıması barədə sual verib:

“Mən düz başa düşürəm? Aİ Rusiyanın qələbəsini rəsmən etiraf edir?”.

Rusiyalı diplomat Aİ rəsmisinin əvvəlki iki bəyanatını müqayisə edib:

“Cozep Borrell ötən ilin aprelində demişdi ki, "Ukraynadakı müharibəni döyüş meydanında qazanmaq lazımdır". Bu gün isə Avropa diplomatiyasının rəhbəri etiraf edib ki, yaxın gələcəkdə Ukraynanın Rusiya üzərində qələbəsi gözlənilmir”, - deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, Avropa Sosialistləri Partiyasının Malaqa şəhərində keçirilən Konqresi zamanı çıxış edən Borrell deyib ki, ABŞ-ın Ukraynaya yardımı çox güman azalacaq və bu səbəbdən Avropa İttifaqına üzv ölkələr lazım olan əlavə məbləği kompensasiya etmək üçün siyasi cəhətdən hazır olmalıdırlar.

Borrell həmçinin etiraf edib ki, yaxın gələcəkdə Ukraynanın Rusiya üzərində qələbəsi gözlənilmir.

 

0.016484022140503