"Aİ-də çoxlu problemlər yığılıb"

 

ABŞ-nin Ukraynaya yardımının azalması ehtimalı var və Avropa İttifaqı (Aİ) ölkələri həmin azalmanı kompensasiya etməyə hazır olmalıdır.

"Paralel.az" xəbər verir ki, bunu Avropa İttifaqı  diplomatiyasının rəhbəri Cozef Borel deyib.

O eyni zamanda hesab edir ki, Ukraynanın tez bir zamanda Rusiya üzərində sürətli qələbəsi gözlənilmir.

“Aİ ölkələri Ukraynanı dəstəkləməyə davam etməyə və ABŞ-nin azalacağı ehtimal olunan yardımını kompensasiya etməyə siyasi cəhətdən hazır olmalıdırlar”, -  Borel Avropa Sosialistlər Partiyasının konqresində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Aİ-də çoxlu problemlər yığılıb. 

"İlk növbədə, bu, yaxın gələcəkdə Rusiya üzərində qələbə perspektivi olmayan Ukraynadır”, - Borel qeyd edib.

 

0.013503074645996