Mario Banoziç qəzaya düşüb

Mario Banoziç qəzaya düşüb
 

Xorvatiya müdafiə naziri Mario Banoziç qəzaya düşüb, qəzada digər avtomobilin sürücüsü həlak olub.

"Paralel.az" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. 

Qəza noyabrın 11-də Xorvatiyanın Vinkovtsi şəhərindən Zupani istiqamətindəki çıxışda baş verib. 44 yaşlı nazir Banoziçin idarə etdiyi avtomobil mikroavtobusla toqquşub.

Nazir Vinkovski rayon xəstəxanasına yerləşdirilib. O, başından ciddi xəsarət alıb. 

“Həkimlərin sözlərinə görə, onun həyatı təhlükədə deyil”, - hökumət sözçüsü Marko Miliç deyib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Prokurorluq araşdırmaya başlayıb.

Mario Banoziç 2020-ci ildən müdafiə naziri vəzifəsini icra edir. O bundan əvvəl (2019-2020-ci illərdə) Dövlət Əmlakı Nazirliyinə rəhbərlik edib.

 

 

0.015505075454712